İtaliyadan Braziliyaya

“Latsio”nun hücumameyilli yarımmüdafiəçisi Felipe Anderson yayda “Palmeyras”ın futbolçusu olacaq.

Allsport.az xəbər verir ki, Braziliya klubu 31 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna qədər ilkin müqavilə imzaladığını açıqlayıb.

Felipe Andersonun bu ilin iyununda “Latsio” ilə müqavilə müddəti başa çatdıqdan sonra “Yuventus”la müqavilə imzalamalı olduğu daha əvvəl bildirilmişdi.

Bu mövsüm braziliyalı yarımmüdafiəçi “A” seriyasında 32 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan