“İtirəcək heç nəyi olmayan rəqibə qarşı oynadıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının 1/8 final mərhələsinin cavab oyununda “Leyptsiq”lə heç-heçədən (1:1) sonra komandasının çıxışını dəyərləndirib:

Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının oyunundan razı qalmayıb:

“Kifayət qədər gərginlik yoxdur, səhv etdiyimiz şeylə bağlı lazımi qədər narahatçılıq yoxdur. Düşünürəm ki, burada psixoloji aspekt mühüm rol oynadı.

Çox güclü, itirəcək heç nəyi olmayan rəqibə qarşı oynadıq. Komandam elə əvvəldən əyləci basmış kimi oynadı, öz oyununu da göstərdi. Təbii ki, bu, müdafiə olunmalıydıq, amma vacib olan yeganə şey 1/4 finalda olmağımızdır”.

Həmin kateqoriyadan