Jaba: “Bakı” həmişə ürəyimdə olub

Bazar ertəsi paytaxta gələn Jaba, bu gün “Bakı”nın prezidenti ilə görüşərək, 1 illik rəsmi müqaviləyə imza atıb. Allsport.az saytı xəbər verir ki, görüş zamanı, Hafiz Məmmədov braziliyalı futbolçunu yenidən “Bakı”da görməkdən məmnun olduğunu deyib. Klub prezidenti bildirib ki, Jaba “Bakı” üçün çox vacib oyunçudur. Gənc futbolçular ondan çox şey öyrənə bilərlər.

Öz növbəsində, Jaba da göstərilən etimada görə Hafiz Məmmədova minnətdarlıq edib. Yenidən “Bakı”ya qoşulduğu üçün xoşbəxt olduğunu qeyd edən braziliyalı forvard, klub üçün öz təcrübə və bacarığını əsirgməyəcəyini bildirib.

Sonda Jaba əlavə edib ki, burada özünü əla hiss edir: “Yenidən öz evimə qayıtmışam. “Bakı” buradan getdiyim vaxtlarda da həmişə ürəyimdə olub. Çox sevinirəm ki, yenidən buradayam. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam”.

Həmin kateqoriyadan