- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Avropa liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Allsport.az xəbər verir ki, 1/8 finalın ilk matçlarının ən yaxşısı adına 4 futbolçu namizəddir.
“Qarabağ”ın futbolçusu Olavio Juninyo da ən yaxşı adına iddiaçıdır. “Bayer-04″lə matçda (2:2) qol və assistə imza atan braziliyalı həftənin oyunçusu adına namizədlər sırasında yer alıb.
Onunla eyni siyahıda Pyer-Emerik Obameyanq (“Marsel”), Stefan Al-Şaravi (“Roma”) və Darvin Nunyes (“Liverpul”) yer alıblar. Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.