- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Yuventus” türkiyəli futbolçusu Kənan Ulduzla müqaviləni yeniləmək üzrədir.
Allsport.az xəbər verir ki, Turin klubu 20 yaşlı hücumçusunu 2031-ci ilin yayına qədər komandada saxlamaq üçün danışıqları yekunlaşdırır.
Yeni müqaviləyə əsasən, 10 nömrəli köynəyi sahibi olan Kənanın illik maaşı ciddi şəkildə artırılaraq bonuslarla birlikdə 6 milyon avroya çatdırılacaq.
Hazırda 75 milyon avro bazar dəyəri olan futbolçu cari mövsümdə keçirdiyi 22 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.