“Kəndlərdə idmanı inkişaf etdirək” Beyləqanda

Beyləqan rayonunun Qəhrəmanlı kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. 

Allsport.az xəbər verir ki, bu layihə prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan milli olimpiya komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan uşaq və gənclər futbol federasiyasının prezidenti, milli məclisin deputatı Rauf Əliyev, Beyləqan rayonundan milli məclisə seçilmiş deputat Şahin İsmayılov, Beyləqan rayon icra hakimiyyəti başçısının I müavini Telman Məstanov, Beyləqan rayon gənclər və idman idarəsinin rəisi Sənan Quliyev və rayon ictimayyətinin nümayəndələri iştirak edib.

Qeyd olunan layihə üzrə 2021-ci il ərzində respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan