“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Kürdəmirdə

AFFA-nın və Kürdəmir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Allsport.az xəbər verir ki, layihə çərçivəsində Kürdəmir rayonunda 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan uşaq və gənclər futbol federasiyasının prezidenti, milli məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Arzu Nağıyev, Əminə Ağazadə, Kürdərmir rayon icra hakimiyyətinin, rayon gənclər idman idarəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Xatırladaq ki, 2021-ci il ərzində qeyd olunan layihə üzrə Gəncə, Füzuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz və Gədəbəy rayonunun kəndlərində tədbirlər keçirilib.

Həmin kateqoriyadan