- Baxış sayı: 29
- 24 İyun 2026 21:21
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“Kəpəz” Peşəkar Futbol Klubunun aşağı yaş qrupları üzrə komandalarına baş məşqçi təyinatları rəsmiləşib. Allsport.az xəbər verir ki, klubun U-19 komandası Fuad İsmayılova, U-17 Anar Kələntərova, U-16 Şahin İsmayılova, U-15 Mətləb Məmmədova, U-14 Ceyhun Tanrıverdiyevə, U-13 İbrahim Hüseynova, U-12 Tariyel Hüseynova, U-11 Məhəmməd Məmmədova, U-10 komandası isə Xəyal Zeynalova tapşırılıb. Adı çəkilən mütəxəssislərlə bir illik müqavilə bağlanılıb.