Kadi Borges: İstirahətdən səmərəli istifadə etməyə çalışdıq

“Qarabağ”ın futbolçusu Kadi Borges açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi istirahətdən sonra təlim-məşq toplanışına hazır olduğunu deyib:

“İstirahət etmək üçün günümüz çox olmasa da, az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik.

Çünki yol uzun müddətlidir. Bu səbəbdən istirahətimizin bir hissəsini Azərbaycanda keçirtdik. Sonra 5 günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq. İndi isə yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm”.

Həmin kateqoriyadan