Kadiyə 2-ci mükafatı nazir təqdim edib

İdman araşdırmalar mərkəzinin keçirdiyi səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borges premyer liqanın bu mövsüm ən yaxşı futbolçusu adına layiq görülüb.

Allsport.az saytı xəbər verir ki, mükafatlandırma Bakı olimpiya stadionunun qapalı meydançasında İAM-ın jurnalistlər arasında təşkil etdiyi “Zəfər kuboku” turnirinin “Suqovuşan” – “Xocalı” oyunundan əvvəl keçirilib.

Braziliyalı oyunçuya mükafatı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. O, ölkə çempionatının ən sərrast futbolçusu (12 qol) kimi özəl mükafata da layiq görülüb.

Həmin kateqoriyadan