Kamal Umudluya təyinat

Kamal Umudluya təyinat

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Allsport.az xəbər verir ki, Umudlu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək “D” qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Həmin kateqoriyadan