- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə Çex Respublikasının “Mlada Boleslav” klubu səfərdə Albaniya “İskəndərbəy”i ilə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, Kamran Ağayevin komandası bu oyunda məğlub olub – 1:2.
İlk matçda çexlər eyni hesabla qalib gəldiyindən, əlavə vaxta ehtiyac duyulub. Amma burada da qol vurulmayıb. Belədə, 11-metrlik cərimə zərbələrinə müraciət olunub. Daha dəqiq oynayan albanlar pley-offa adlatıblar (4:2).
Millimizin qolkiperi görüşün iştirakçısı olmayıb. Baş məşqçi Duşan Uhrin onun heç iştirak ərizəsinə daxil etməyib.