- Baxış sayı: 27
- 28 Aprel 2024 18:00
- Baxış sayı: 27
- Aprel 28, 2024
- 0
Millimizin əsas qapıçısı Kamran Ağayevin yeni komandasının adına rəsmən aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, təcrübəli qolkiper Çex Respublikasının 1-ci liqasında mübarizə aparan “Mlada Boleslav” klubuna keçib.
31 yaşlı əlcək sahibi ilə 1+1 illik müqavilə bağlanılıb. O, 30 nömrəli forma ilə çıxış edəcək. Həmyerlimizin son oynadığı klub Portuqaliya “Boavişta”sı olub.
Bu arada Kamran Ağayevin adı UEFA-ya sifariş edilib. “Mlada Boleslav” Avropa liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın “İskəndərbəy”inə rəqibdir.