- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 135
- Sentyabr 23, 2026
- 0

“Real Madrid”in kapitanı Dani Karvaxal sağ dizindən uğurla əməliyyat olunub.
Allsport.az xəbər verir ki, Madrid klubunun mətbuat xidməti təcrübəli müdafiəçinin artroskopiyadan keçdiyini açıqlayıb.
Əvvəllər 33 yaşlı oyunçunun sağ dizində xondromata diaqnozu qoyulduğu bildirilirdi. Karvaxalın iki-üç ay oynaya bilməyəcəyi gözlənilir.