- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov yubiley oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “Sabah”la matç müdafiəçinin “Sumqayıt”ın heyətində keçirdiyi 150-ci çempionat görüşü olub.
O bu qarşılaşmalarda 1 qol vurub. 2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov klubun tarixində 150 və daha çox oyun keçirən ikinci futbolçu olub. Onadək hazırda “Zirə”də oynayan Bəxtiyar Həsənalızadə bu göstəricini arxada qoyub.
Qeyd edək ki, “kimyaçılar” debütanta 1:2 uduzub.