- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avroliqanın qrup mərhələsinin sonuncu turunda doğma meydanda “Qarabağ”ı qəbul edəcək “Anderlext”in yarımmüdafiəçisi Kara Mboc yerli mətbuata açıqlama verib.
Allsport.az saytı xəbər verir ki, seneqallı futbolçu Belçika çempionatının bu turunda “Genk”lə 0:0-lıq heç-heçədən narazı qalaraq bu xal itkisini “Qarabağ” üzərində qələbə qazanaraq unutdurmağa çalışacaqlarını bildirib:
“Biz səfərə 3 xal üçün yollanmışdıq. Amma heç-heçə etdik. Çox məyusuq. Son nöqtəni qoymaqda əziyyət çəkirdik. Bu qarşılaşmadakı xal itkisinin Avroliqada qələbə qazanmaqla sığorta edə bilərik. “Qarabağ”la oyunu qazanmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur”.