“Karyeramı bitirmək barədə düşünmürəm”

“Karyeramı bitirmək barədə düşünmürəm”

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar gələcək karyerası ilə bağlı açıqlama verib.

Allsport.az xəbər verir ki, təcrübəli futbolçu hazırda karyerasını başa vurmaq barədə düşünmədiyini bildirib:

“Mən karyeramı bitirmək barədə düşünmürəm. “Santos”la dekabr ayına qədər müqaviləm var və klub üçün əlimdən gələni etmək istəyirəm. Ondan sonra variantlarımı dəyərləndirəcəyəm. Qalım, gedim, karyeramı bitirim, yoxsa oynamağa davam edim – hələ bilmirəm. Dekabra qədər vaxt var. Görəcəyik”.

34 yaşlı hücumçu 2025-ci ildə doğma klubu “Santos”a qayıdıb və müqaviləsi bu ilin dekabr ayının sonuna qədər qüvvədədir. Neymar 2026-cı ildə Braziliya klubunun heyətində keçirdiyi 16 oyunda 8 qol vurub. O, karyerası ərzində İspaniyanın “Barselona”, Fransanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarında da çıxış edib.

Həmin kateqoriyadan