Kasilyas ürək tutmasına görə “Portu”dan 3,7 milyon avro təzminat tələb edib

İspaniya millisinin və “Real”ın keçmiş qapıçısı İker Kasilyas “Portu”dan 3,7 milyon avro təzminat tələb edib. Allsport.az saytı xəbər verir ki, “əjdahalar” əfsanəvi qolkiperin son klubu olub. O, 2015-ci ildən 2020-ci ilə qədər orada oynayıb. O, Portuqaliya komandası ilə məşq zamanı keçirdiyi ürək tutması səbəbindən təzminat tələb edir. İnfarktdan bir ay sonra Kasilyas karyerasını bitirib.

7 il sonra İker, həddindən artıq gərginliyin onun infarktına səbəb olduğunu iddia edir. Komanda həkimi Nelson Puqanın qapıçının “özünü yaxşı hiss etdiyinə və vəziyyətinin sabit olduğuna” dair verdiyi zəmanətlərə baxmayaraq, o, əlilliyi və son 7 ildə çəkdiyi əhəmiyyətli nəticələrə görə milyonlarla dollarlıq təzminat tələb edərək məhkəməyə müraciət edib.

Həmin kateqoriyadan