“Kayrat”ın baş məşqçisi: “Qarabağ” zəif komanda deyil

“Qarabağ”ın konfrans liqasında rəqibi “Kayrat”ın baş məşqçisi Qurban Berdıyev, “H” qrupunda komandalar haqqında fikrini bölüşüb. Allsport.az saytı saytı xəbər verir ki, o, ilki turda “Omoniya” ilə matçdan öncə bunu deyib: 

“Bizi konfrans liqasında ağır oyunlar gözləyir. Beynəlxalq matçlara görə yaranmış fasilə səbəbindən komanda işi baxımından müəyyən problemlərimiz var. Sözsüz, qarşımızda müəyyən vəzifə durur. Oyunlara mərhələli şəkildə hazırlaşırıq.

Bu turnirdəki komandaların Avropa liqasındakılardan daha zəif olduğunu deməzdim. Məsələn, “Bazel” çempionlar liqası səviyyəsində komandadır, amma konfrans liqasında oynayır. Buna görə də turnirdə güclü və zəif iştirakçılar olduğunu söyləmək çətindir”.

“Kayrat” klubu bizə qarşı ilk görüşünü oktyabrın 21-də Bakıda keçirəcək.

Həmin kateqoriyadan