“Keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu”

Avropa liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” səfərdə “Bayer-04”ə 2:3 məğlub olub. Allsport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:

“Futbolçularıma təşəkkür edirəm. Məğlub olsaq da, çox ağır oyunda futbolçularım sonadək mübarizə apardılar. Bizim gözəl azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. 3 min azarkeş bu gün bizimlə oldu. Komandaya böyük güc və arxa oldular. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdilər. Həm rəqibə, həm də özümüzə uğurlar arzulayıram.

Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu. Avropa  futbolunun hansı səviyyədə olduğunu gördük. Belə rəqiblərə qarşı fiziki cəhətdən hazırlıqlı olmalıyıq. Belə oyunlarda bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Futbolçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün vacib idi”.

Həmin kateqoriyadan