- Baxış sayı: 20
- 24 İyun 2026 11:48
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Milli futbolçu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” klubu Avropa liqasının pley-off mərhələsinin cavab matçında doğma meydanda Kiprin APOEL komandası 11-mertlik cərimə zərbələrinin nəticəsində yenib. Allsport.az saytı xəbər verir ki, görüşün əsas və əlavə vaxtı 1:0 asiyalıların xeyrinə bitib.
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk yarımmüdafiəçimizi 53-cü dəqiqədə meydana buraxıb. Hər 2 futbolçu oyun sonrası penaltiləri dəqiq yerinə yetiriblər.