“Keşlə”də yubileylər

Premyer liqanın 12-ci turu “Keşlə”də 3 yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” ilə ev qarşılaşması (1:2) Sərtan Daşqın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb.

Adı ilk çəkilkən futbolçu 2014/15 mövsümündə ölkə çempionatında debüt edib və bu müddətdə 3 qol vurub. Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm çıxış etdiyi “Keşlə”də 17 qol vurub.

Daşqın üçün yubiley 2-qat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından, müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb.

Həmin kateqoriyadan