- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0
“Keşlə” Azərbaycan çempionatlarında səfərdə keçirdiyi oyunlarda 300-cü qolu buraxıb. Allsport.az saytı xəbər verir ki, “Sumqayıt”ın qonağı olan paytaxt klubu 1:2 hesabı ilə uduzub.
Cavid Tağıyevin 85-ci dəqiqədə vurduğu qol “qırmızılar”ın səfərdə buraxdığı 300-cü qol olub. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş “Keşlə” rəqib meydanlardakı 269-cu qarşılaşmada 300-cü qolu buraxıb.
“Keşlə” çempionatlar tarixində 300 və daha çox qol buraxan 5-ci komanda olub. Antirekord isə 432 top buraxan “Turan”a məxsusdur.