- Baxış sayı: 30
- 24 İyun 2026 14:14
- Baxış sayı: 71
- İyun 23, 2026
- 0

Konfrans liqasının qrup mərhələsində II turun statistik göstəriciləri açıqlanıb.
Allsport.az xəbər verir ki, “Qarabağ” klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular siyahısına düşüb.
27 yaşlı müdafiəçi Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. Kolumbiyalı oyunçu bu göstəricidə İngiltərə “Tottebhem”indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.
Danimarka “Kopenhagen”indən Nikolay Boylesen (106) siyahıya başçılıq edir. “Tottenhem”dən Harri Uinks (95) ikinci, Finlandiya HİK-indən Valtteri Moren (86) üçüncüdür.