- Baxış sayı: 84
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 224
- Avqust 05, 2026
- 0

“Bavariya” hücumçusu Harri Keyn yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, 31 yaşlı hücumçu buna bundesliqanın XI turunda “Auqsburq”a qalib gəldikləri (3:0) oyunda nail olub.
Qarşılaşmada het-trik edən ingiltərəli futbolçu Almaniya çempionatındaki qollarının sayını 50-yə çatdırıb. O, bunu 43-cü oyununda bacarıb.
Keyn bu göstərici ilə Dortmund “Borussiya”sının sabiq futbolçusu Erlinq Holanda (50 oyuna 50 qol) məxsus olan rekordu vurub.