«Khazar Islands Novruz kuboku»nun finalçıları bilindi

Bu gün «Avesta Konsern»in və «Xəzər adaları» futzal klubunun təşkilatçılığı, eləcə də «Damla» və «Red Bull» enerji içkilərinin dəstəyi ilə KİV arasında təşkil olunan «Khazar Islands Novruz kuboku»nda yarımfinal mərhələsi baş tutub.

Allsport.az saytı xəbər verir ki, final uğrunda yalnız 1 matç oynanılıb. «İdman Azərbaycan» TV mükafatın az olmasını əsas gətirərək, yarışda çıxışını dayandırıb. Digər cütlükdə «Baku-2015» gərgin mübarizədə «Stadium.az-Olimpsport»u 3:2 hesabı ilə məyus edib.

Qalib gələn komandadan Nurani İsgəndərov dubl edib; o biri qol Gündüz Abbaszadədən gəlib. Final matçı ayın 23-ə planlaşdırılır.

Yarımfinal, 16 mart

11:00 «İdman Azərbaycan» TV – «Xəzər» TV -:+ (0:3)
12:00 «Baku-2015» – «Stadium.az-Olimpsport» 3:2

Həmin kateqoriyadan