“Kiçik diqqətsizlikdən qol buraxdıq. Problemlər çoxdur”

Bu gün “Qarabağ” konfrans liqasının 1/16 finalının cavab oyununda səfərdə Belçikanın “Gent” klubuna penaltilərdə uduzaraq (3:5), avrokubokla vidalaşıb. Allsport.az saytı xəbər verir ki, ilk görüşdə Bakıda 1:0 qalib gələn Ağdam klubu, eyni hesabla rəqib meydanında yenilib. Qarşılaşmadan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov məğlubiyyətə aydınlıq gətirib:

“Kiçik diqqətsizlikdən qol buraxdıq. Amma nə etmək olar, bu idmandır, bir tərəf uduzmalıdır. Futbolçularıma təşəkkür etdim, onlar 120 dəqiqə dayanmadan mübarizə apardılar. Səfərdə rəqibin üzərinə çəkinmədən gediriksə, buna sevinirəm.

Azarkeşlərə də minnətdaram. Oyuna öncədən hazırlaşmışdılar. Bu gün bir dolu tribuna gördüm. Futbolçular bunca dəstəyə layiqdir. Biz də çalışacağıq ki, yaxşı oyunlar və qələbələrlə onları yenidən sevindirək.

Öncədən dediyim kimi, komanda indi tam hazır deyil. Bizə ayaqüstə durmaq lazım idi. Problemlərimiz çoxdur. Yeni oyunçular, zədəlilər, cəzalılar – heyətin tam olması üçün zaman ehtiyac var. Bu gün daha hazırlıqlı olsaydıq, yaxşı nəticə qazana bilərdik”.

Həmin kateqoriyadan