“Kiçik səhvlərimizə görə bizi cəzalandırdılar”

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya ilə matçda rüsvayçı məğlubiyyətləri (0:6) haqqında danışıb. 

Allsport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bunları deyib: “Bizim üçün uğursuz gün oldu. Oyuna itkilərlə çıxmaq məcburiyyətində qaldıq. Topa nəzarət bərabər olsa da, futbolçuların sona qədər mübarizə aparmaq gücləri qalmadı. Nəticədə, rəqibə daha üç qol hədiyyə etdik. Buna baxmayaraq, uşaqlara inanıram. Onlar bacardıqlarını etdilər. Bu iki qarşılaşmadakı məğlubiyyətlər futbolçuları ruhdan salmamalıdır”.

 
O, Rauf Hüseynlini fiziki baxımdan hazır olmadığı üçün heyətə salmadığını bildirib:
 
“Həmçinin Mert Çelik də məşqdə zədələndiyi üçün ilk hissənin əvvəlində əvəzləməyə məcbur olduq. Bundan başqa, Rüfət Əhmədovu da səfərə gətirməmişdik. Nəticədə, üç yeni oyunçu ilə meydana çıxmağa məcbur idik. Oyuna gəlincə, rəqibin ilk üç qoluna şərh verməkdə çətinlik çəkirəm. Çünki uşaq səhvləri ilə Avstriya millisinin fərqlənməsinə şərait yaratdıq. Belə demək mümkünsə, həm Xorvatiya, həm də Avstriya millisi kiçik səhvlərimizə görə bizi cəzalandırdılar”.

Həmin kateqoriyadan