“Kimyaçılar”dan rekord

“Sumqayıt” Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox xalı yığıb.

Allsport.az xəbər verir ki, komanda Azərbaycan premyer liqasının 2023/2024 mövsümündə 28-ci turdan sonra 42 xal toplayıb.

“Gənclik şəhəri” təmsilçisi “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edərək, bu uğura nail olub. “Sumqayıt” əvvəlki rekordu da məhz Samir Abasovun rəhbərliyi altında qazanıb. 8 komandanın mübarizə apardığı 2017/2018 mövsümündə klub 28 turun yekununda 40 xal toplayıb.

Qeyd edək ki, 4-cü pillədə qərarlaşan “Sumqayıt” Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda mübarizə aparır.

Həmin kateqoriyadan