“Kimyaçılar”ın yeni transferi

“Sumqayıt” heyətinə yeni futbolçu qatıb.

Allsport.az xəbər verir ki, premyer liqa klubu Cordan Rezabala ilə müqavilə imzalayıb. 24 yaşlı ekvadorlu yarımmüdafiiəçi ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub. O, “Sumqayıt”a azad agent kimi qoşulub.

Qeyd edək ki, son klubu “Aukas” olan Cordan vətənində “İndependente”, “Olmedo”, “Manta”, “Quayakil”, Meksikada “Tixuana”, “Dorados” klublarında forma geyinib. O, Ekvadorun U-17, U-20 və U-23 yığmalarında oynayıb.

Həmin kateqoriyadan