Kipr bizdən uzaqlaşdı, Belarus fərqi azaltdı

Avropa liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA əmsalında mövqeyinə ciddi təsir göstərməyib. Allsport.az saytı xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qəbələ” növbəti oyununu keçirib.

Doğma meydanda Yunanıstan “Panatinaikos”u ilə qarşılaşan əyalət klubu cavab görüşündə də uduzaraq (1:2, ilk oyun 0:1) mübarizəni dayandırıb. Beləcə, “Qəbələ” son oyununda da ölkəmizə xal qazandıra bilməyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.375 reytinq xalı var. Onun 2.625 xalı (0.875 “Qarabağ”, 0.750 “İnter”, 0.625 “Zirə”, 0.375 “Qəbələ”nin payına düşür) cari mövsümdə qazanılıb.

Komanda.az xəbər verir ki, Bizdən öndə qərarlaşan İsrailin 18.425 reytinq xalı var və 3 təmsilçisi mübarizəni davam etdirir. Azərbaycanı 17.250 xala malik Belarus izləyir. Bu ölkənin isə bizim kimi, cəmi 1 təmsilçisi yoluna davam edir.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Həmin kateqoriyadan