“Kipr klubları bizə qarşı həmişə çox ciddi olublar”

“Hər 3 komanda ciddi rəqibdir. İki komanda – “Kayrat” və “Omoniya” öz ölkələrinin çempionlarıdır. Kipr klubları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq. “Bazel”in isə xüsusi təqdimata ehtiyacı yoxdur”. 

Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 49 yaşlı mütəxəssis konfrans liqasının bugünkü püşkatmasını belə dəyərləndirib:

“Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük”.

Həmin kateqoriyadan