Kiyev “Dinamo”su “Qəbələ” ilə “Qarabağ” klublarını səhv salıb

Kiyev “Dinamo”su rəsmi saytı vasitəsilə Avstriya toplanışında oynayacağı rəqiblərin adlarını yayımlayıb. Allsport.az saytı xəbər verir ki, açıqlanan siyahıda “Qarabağ” da yer alıb. Maraqlıdır, kiyevlilərin görüş üçün göstərdikləri tarixdə daha əvvəl “Qəbələ” ilə oynayacaqları bildirilirdi.

Məsələ ilə bağlı apasport.az “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxlayıb. Klub rəsmisi bildirib ki, planlarda heç bir dəyişiklik olmayıb, görünür ukraynalılar texniki səhvə yol veriblər. İyulun 4-də “Qəbələ” “Dinamo” ilə hazırlıq matçı keçirəcək.

“Qarabağ”ın mətbuat xidmətinin rəisi Nurlan İbrahimov da eyni sözü deyib. Belə ki, ağdamlıların rəsmisi açıqlamasında oyunun təyin olunduğu tarixdə artıq Avstriyada olmayacaqlarını bildirdi. Görünür Kiyev “Dinamo”sunun mətbuat xidməti təmsilçilərimizin adlarını səhv salıb.

Həmin kateqoriyadan