Klub reytinqində gerilədik

Avrokubokların 3-cü ələməsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, cədvəldə dəyişikliklər Azərbaycandan da yan ötməyib. Bu həftə ölkəmiz 0,250 xal qazanıb.

“Neftçi” qitə liqasında Finlandiya HİK-i (2:2), “Qarabağ” konfrans liqasında Kipr AEL-i ilə (1:1) heç-heçə edərək hərəyə 0,125 xal qazanıb. Bununla da cari mövsümün qazancı 1,250-ə çatıb. Bunun 0,625-i “Neftçi”nin, 0,500-ü “Qarabağ”ın, 0,125-i “Sumqayıt”ın payına düşür.

Son 5 mövsümün nəticələrinə əsasən reytinq xalımız 13,875-ə çatıb. Amma bu mövqeyimizi qorumaq üçün yetməyib. Hesabını 14,000-ə çatdıran Polşa 29-cu yerə qalxaraq, Azərbaycanı 30-cu pilləyə endirib.

Həmin kateqoriyadan