- Baxış sayı: 23
- 22 İyul 2026 23:35
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

İngiltərənin “Çelsi” klubu Morqan Rocersin transferini rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, “Aston Villa”dan transfer olunan 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2033-cü ilin yayına qədər müqavilə imzalanıb.
“Zadəganlar” bu keçid üçün 117 milyon funt sterlinq (təxminən 137 milyon avro) ödəyib.
Beləliklə, Rocers “Çelsi” tarixinin ən bahalı transferi olub. Əvvəlki rekord 2023-cü ildə “Benfika”dan 121 milyon avroya transfer edilən Entso Fernandesə məxsus idi.
Morqan Rocers ötən mövsüm “Aston Villa”nın heyətində bütün turnirlərdə 55 oyuna çıxaraq 14 qol vurub və 12 məhsuldar ötürmə edib.