- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

UEFA bu mövsüm çempionlar liqasında videotəkrardan istifadə edəcək. Allsport.az saytının məlumatına görə, icraiyyə komitəsi VAR sistemini 1/8 final mərhələsindən tətbiq olunmasını təsdiqləyib.
Təşkilat onu da bəyan edib ki, avrokubiklarda iştirak edən klublar bunun üçün pul ödəməyəcəklər. Bütün xərclər UEFA-nın vəsaiti hesabına olacaq.
Qurum bu mövsüm Bakıda keçiriləcək Avropa liqasının final matçında da videotəkrar (VAR) sistemindən istifadə edəcək.