“Köhlən atlar” 2-ci səbətdə, “Milan” bizdən geridə

Avropa liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Polşada “Legiya”ya qalib gələrək (3:0) ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində iştirak hüququ qazanıb.
 
Ağdam klubu eyni zamanda ilk dəfə qrup mərhələsinin püşkatmasında 2-ci səbətdə yer alacaq. Artıq bütün səbətlərin tərkibi dəqiqləşib və təmsilçimizin potensial rəqibləri məlumdur.
 
Qrup mərhələsinin püşkü bu gün 15:00-da atılacaq.

Həmin kateqoriyadan