“Köhlən atlar” 3-cü ələmədə Macarıstan çempionu ilə qarşılaşacaq

“Qarabağ” klubu çempionlar liqasının 2-ci təsnifatının cavab oyununda İsveçrədə “Sürix”lə 2:2 edərək, ümumi hesabda 5:4 qalib gələrək (Bakıda 3:2), növbəti mərhələyə yüksəlib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” bu uğurla avrokubokda ardıcıl 9-cu dəfə qrupa vəsiqə qazanıb:

1.  Konfrans liqasının qrupu və həmin turnirin mükafatı kimi birbaşa 2,9 milyon avro qazanıb
2. Avropa liqasının pley-off mərhələsi təmin edilb
3. Çempionlar liqasının pley-offuna 1 addım da yaxınlaşıb.

Yeri gəlmişkən, “Qarabağ” 3-cü ələmədə “Ferentsvaroş” (Macarıstan) ilə qarşılaşacaq.

Həmin kateqoriyadan