- Baxış sayı: 37
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 123
- Sentyabr 23, 2026
- 0

Avrokuboklarda qrup mərhələsinin 2-ci turundan sonra ölkələrin növbəti UEFA reytinqi açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın Bakıda Fransa “Nant”ına qalib gəlməsi (3:0) Azərbaycanın aktivinə daha 0,500 xal yazdırıb.
Ölkəmiz bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdırıb. Ancaq mövqeyimiz yenə dəyişməz qalıb. Azərbaycan əvvəlki kimi 29-cu pillədədir.