“Köhlən atlar” yeni transferini rəsmən açıqlayıb

Yeni mövsümə 6 yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” “Bursaspor”un forvardı Con Delarjı heyətinə qatıb. Konqolu hücumçu ilə 2+1-illik müqavilə imzalanıb.

O, karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çex Respublikası), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında çıxış edib.

28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub. Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qolla yadda qalıb. “Qarabağ” çempionlar liqasının 2-ci ələməsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan