- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın məğlubiyyətsizlik seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, 8-qat ölkə çempionu cari avrokuboklarda ilk dəfə üzülüb.
Qurban Qurbanovun komandası konfrans liqasının “H” qrupunda 6-cı turunda “Bazel”dən 3 cavabsız top buraxıb. Bunadək mövsümün 6 təsnifat və 5 qrup görüşündə bizə qalib gələn olmamışdı.
“Köhlən atlar”ın son yenilgisi 364 gün əvvəl Avropa liqasının qrupunun son turunda olub. Həmin vaxt koronavirus üzündən İspaniyaya yollanmayan ağdamlılar, “Vilyarreal”a texniki nəticə ilə uduzmuşdu.