“Köhlən atlar”ın açıq məşqi olacaq

Çempionlar liqasının 3-cü təsnifat mərhələsində Kiprdə baş tutacaq “Qarabağ” – “Molde” (Norveç) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Allsport.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə 20:15-də matçın baş tutacağı “AEK Arena”da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:30-da isə Azərbaycan çempionu oyun öncəsi son məşqə çıxacaq.

Rəqib komandanın baş məşqçisi Erlinq Moe isə Bakı vaxtı ilə18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra Norveç təmsilçisi son hazırlıq prosesinə start verəcək.

Sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Molde” matçına Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Həmin kateqoriyadan