“Köhlən atlar”ın avrokubok oyununu kim idarə edəcək?

Avropa liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

Allsport.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Yudjin Caya olacaq. Ona Dojando Miftari və Rejdi Avdo köməklik edəcəklər. Dördüncü referi funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək.

VAR-da Luka Payretto, AVAR-da Valerio Marini (hər ikisi İtaliya) yer alacaq.

Qeyd edək ki, matç dekabrın 14-də, saat 21:45-də Tofiq Bəhramov adına respublika stadionunda start götürəcək.

Həmin kateqoriyadan