“Köhlən atlar”ın oyunu ölkənin ən böyük ekranında

Bu gün “Qarabağ” qitə liqasının “G” qrupunda mübarizəyə başlayır. Allsport.az saytı xəbər verir ki, tarixində 2-ci dəfə çempionlar liqasının qrup mərhələsinə keçməyə bir az qalan Qurban Qurbanovun komandası səfərdə Almaniyanın “Frayburq” komandası ilə qarşılaşacaq.

“Köhlən atlar” bu mövsüm avrokubok kampaniyası çərçivəsində çox sayda parlaq qələbələr qazandı. Ağdam klubu Polşa, İsveçrə və Macarıstan çempionlarını məğlub etdi və Çex Respublikasının “Viktoriya”sı ilə də eyni uğurun bir addımlığında idilər.

Buna baxmayaraq, “Qarabağ”ın oyunlarına maraq yüksək səviyyədədir. Məhz buna görə Avropa liqasının qrup mərhələsinin ilk turu, “Frayburq”la oyunu ölkənin ən böyük ekranında – “Alov qüllələri”nin kinoteatrının İMAX zalında canlı izləmək imkanı yaradılıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Biletləri kinoteatrın kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərsiniz.

Həmin kateqoriyadan