“Köhlən atlar”la irəli

Azərbaycan UEFA əmsalında 1 pillə irəliləyib. Allsport.az saytı xəbər verir ki, buna “Qarabağ”ın konfrans liqasının pley-ofunun cavab görüşündə qələbəsi səbəb olub.

“Aberdin” üzərində 3:1 hesablı qələbə, ölkəmizin hesabına 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 2,125-ə, son 5 ilə əsasən hesablanan reytinqimiz 14,750-yə yüksəlib. Bu, 29-cu olan Sloveniyanı keçməyə imkan verib. Balkanlıların 14,500 xalı var.

Cari mövsümə 28-ci sırada başlayan Azərbaycan, 2 pillə geriləmədən sonra, mövqeyini birini qaytarıb. Önə buraxdığımız 2 ölkə – Polşa və Sloveniyadan birini yenidən keçmək mümkün olub.

29-cu olan Azərbaycan Polşadan 0,125 xal geri qalır. “Legiya”da çıxış edən millimizin hücumçusu Mahir Əmrəli dünən 2 qol vurmaqla, komandasını Avropa liqasının qrupuna daşıyıb.

Həmin kateqoriyadan