“Köhlən atlılar” qələbəni son anda əldən verdi

Bu gün UEFA konfrans liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, “H” qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edib. 4 qolun qeydə alındığı matç bərabərliklə yekunlaşıb. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və qalib gəlib.

“Qarabağ” ötən turdan pley-offa vəsiqəni təmin edib. Qrup liderinin kimliyinə isə son turda baş tutacaq “Bazel” – “Qarabağ” matçı aydınlıq gətirəcək.

Konfrans liqası, qrup mərhələsi, 5-ci tur

25 noyabr

H” qrupu

Qarabağ” – “Omoniya” Kipr) 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43-pen. X.Qomes, 90.
Qırmızı vərəqə: Kiko, 65.
Baş hakim:
 Morten Krox (Danimarka)

Həmin kateqoriyadan