- Baxış sayı: 5
- 24 İyun 2026 11:48
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qarabağ” konfrans liqasının “H” qrupunun 5-ci turunda “Omoniya” ilə matçdan (2:2) sonra avrokuboklarda yeni rekord edib.
Allsport.az xəbər verir ki, Ağdam klubu bir mövsümdə qrupda vurulan qol sayını 10-a yüksəldib. Bu, Azərbaycan futbolu tarixində ən yüksək göstəricidir.
İndiyədək olan rekord da “Qarabağ”a məxsus idi. Qurban Qurbanovun komandası 2019/20 mövsümündə 8 qol vurmuşdu. Ötən tur bu rekordu təkrarlayan ağdamlılar bu dəfə göstəricini daha da yaxşılaşdırıb.
Azərbaycan klubları 11-ci dəfə qrupda oynayır. “Qarabağ” 8, “Qəbələ” 2, “Neftçi” 1 dəfə buna nail olub.