“Komanda ilə həqiqətən fəxr edirəm”

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Kopenhagen” üzərində qazanılan qələbəni (3:1) şərh edib:

“Biz çox yaxşı oynadıq. Bu vacib idi. Bu gün əla idi. Futbolçular lazım olan anlarda səbr nümayiş etdirdilər. Mən komanda ilə həqiqətən fəxr edirəm.

3-cü qol bizə çox kömək etdi. Ümid edirəm ki, evdəki işi başa vurub növbəti oyuna keçə bilərik. Burada qarşıdurmanı itirməmək vacibdi.

İlk dəqiqələrdən çox yaxşı oynadıq. 2-ci hissədə rəqib müdafiədə oynadı. De Bruyne? Qeyri-adi. İlk qol heyrətamiz idi, Fodenin düzgün ötürməsi və tempi”.

Həmin kateqoriyadan