- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Avropa liqasının ilk turunda “Nitsa” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının yaxşı oynadığını bildirib: “Avrokuboklarda səfərdə qalib gəlmək asan deyil, amma komandam özünə inam və xarakter nümayiş etdirdi. Bəli, yəqin ki, ilk hissədə o qədər də təhlükəli olmadıq, amma matç 90 dəqiqə davam edir”.
Avropa liqasının ikinci turunda “Nitsa” “Fənərbağça”, “Roma” isə “Lill”lə qarşılaşacaq. Hər iki qarşılaşma oktyabrın 2-də keçiriləcək.