“Komandanın oyuna köklənməsindən çox razıyam”

“Zirə” sabah konfrans liqasının 2-ci təsnifatında evdə “Makkabi” (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Rəşad Sadıqov bu gün mətbuat konfransında bunu deyib: 

“Püşk “Makkabi”ni qismətimizə gətirdi. Uzun zamandır hazırlaşırıq. Hazırlığımız sırf konfrans liqası yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, nəticəyə pozitiv köklənmişik”.

Həmin kateqoriyadan